Hər şagirdə fərdi yanaşmaqla istedadını üzə çıxarmaq məqsədi daşıyır.Kəşf edilən şagirdə yanaşma tərzini müəyyənləşdirir.

cavablandı aslanbeyli97@gmail.com, 2 il əvvəl
Nisbi, sabit və müntəzəm olaraq ümumiləşən münasibətlərin məqsədyönlü formalaşdırılması üçün əməliyyatlar ilə

cavablandı fsaleh, 1 il əvvəl
Şagirdimi təkcə dərs prosesində yox,sinifdənkənar tədbirlərdə,gəzinti zamanı müşahidə yolu ilə

cavablandı Zülfiyyə.m, 1 il əvvəl
Şagirdi izləməklə..Həm dərs vaxtı, həm də dərsdən sonra uşaqlarla münasibətdə (tədbirlərdə, davranışda və s.)onu kəşf etmək olur. Amma mən başqa bir üsuldan da istifadə edirəm. Dərsin sonuna az qalmış, vərəq və qələm çıxarmalarını və dediyim məsələyə münasibətlərini bildirməklərini istəyirəm. Məsələn: "Mən müəllim olsam","Məktəb mənə nə verir?","Həyatımı özüm qurabilsəydim" və başqa mövzularda...Onlara anonimliyi gözləyəcəyimə söz verirəm. Məni düşündürən yazıları isə özlərinin icazəsi olarsa bəzən müzakirə də edirəm.Bununla da şagirdimin daxili dünyasına daxil oluram. Fərdi yanaşma metodumu müəyyənləşdirirəm.

cavablandı Rüstəmova Aybəniz, 1 il əvvəl
Maraqlıdı,şagirdlər ic dünyalarına yalnız etibar etdikləri müəllimi buraxırlar.

cavablandı aslanbeyli97@gmail.com, 1 il əvvəl