Haqqımızda

“Müəllimlər otağı” müəllimlərin təcrübə mübadiləsini təşkil etmək və təlim-tədris metodlarını bir arada toplamaq məqsədi daşıyır. Məqsədə çatmaq üçün komandamız yerli və əcnəbi müəllimlərin təcrübələrini öyrənir, onların təlim-tədris metodlarını toplayır və “Müəllimlər otağı”ndakı forum vasitəsi ilə müzakirələr təşkil edir.

Belə ki

Sizi “Müəllimlər otağı”nın “Metodika” bölməsində bir-birindən maraqlı və faydalı təcrübələr qarşılayacaq.

“Tənəffüs”də isə şagirdlərin və məzunların müəllimləri və bəyəndikləri dərs metodları haqqında fikirlərini dinləyəcəksiniz.

“Müəllimlər otağı”nın “Pəncərə”sindən müəllimlərin öz müəllimləri haqqındakı fikirlərini izləyəcəksiniz.

Müəllimlər ilə müsahibələri isə “Müsahibə”yə gələnlər oxuyacaq.

“Müəllimlər otağı”nın digər bir bölməsi “Forum”-dakı müzakirələrə qatılaraq təcrübələrininizi bir-birinizlə paylaşa bilərsiniz. Bunun üçün sizi saytdan qeydiyyatdan keçməyə dəvət edirik. Bununla yanaşı “Müəllimlər otağı”nda yazınızın yaxud dərsinizdən videonun yer almasını istəyirsinizsə bizə müraciət edə bilərsiniz.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Inkişaf və Innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində hazırlanıb. Təhsil Nazirliyi layihənin məzmununa görə məsuliyyət daşımır.

Sevgilərlə, “Müəllimlər otağı” komandası

Zülfiyyə Aslanbəyli, layihə rəhbəri. Bakı şəhəri 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Cəfər Mənsimi, layihə rəhbərinin köməkçisi. Doğu Akdeniz Universiteti təhsilin idarə olunması kafedrasının magistrantı. PR menecer.

Ceyhun Aslanbəyli, moderator. BDU-nun Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi.