“Tarix fənni tarixi faktlarla zəngin olsa da tarix sadəcə faktların toplusu deyil. Uşaqlar tarixi hadisələrdən dərs çıxarmalıdır. Əslində bu bütün fənlər üçün keçərlidir. Yəni dərs fəaliyyətindən şagird nəsə qazanmalı, deyilən fikirdən dərs çıxarmalıdır. Deməli, bunun üçün müəllim faktlardakı nəzəri yükü görməli və şagirdlərin fəaliyyətini bu nəzəri yükün dərk edilməsi istiqamətində təşkil etməlidir”-deyən 36 nömrəli tam orta məktəbin tarix müəllimi Zəminə Hüseynova buna necə nail olduğunu açıqlayıb.

Mən nə edirəm? Şagirdi öyrətməyi deyil, ona öyrənməyi öyrətmək prinsipini əsas götürür, mürəkkəb olanı ən asan yolla çatdırmağa çalışıram. Şagirdlərin mövcud bilik və bacarıqları əsasında faktları təhlil etmək, müqayisə aparmaq, fərqli və ümumi cəhətləri aşkara çıxarmaq məsələsində onlara köməklik edirəm. Məsələn, bunun üçün müxtəlif üsullar tətbiq edirəm. Müəyyən mövzuların tədrisində müzakirə-diskussiya, istiqamətləndirilmiş mühazirə daha məqsədəuyğundur. Lakin bu, ənənəvi tarix dərslərindəki mühazirə və müzakirədən fərqlənməlidir. Necə?

İlkin mərhələdə mövzular şagirdlərin fərziyyələrini dinləyə-dinləyə təhlil olunur. Hadisə və faktları təhlil edərkən sinfə "açar suallar"la müraciət edilir. Şagirdlər hadisələrin necə nəticələnəcəyi ilə bağlı öz fikirlərini söyləyirlər. Bu zaman onların özlərinin dediyi kimi sanki, həmin dövrün və hadisələrin iştirakçısına çevrilirlər.

Mən şagirdlərimi dinlədikdən sonra lazımi istiqamətlər verirəm. Bu onların tarixi hadisələrdən nəticə çıxarmasına köməklik edir. Şagirdlər faktları dərsin məqsədləri istiqamətində təhlil edərək nəticə çıxarmalıdır. Əsas məsələ də elə budur. Deməli, tarix dərslərini bir emalatxanaya bənzətmək olar. Burada işləyənlər şagirdlərdir. Onların işlətdiyi materiallar isə tarixi faktlardır. Şagirdlər burada faktları təhlil etməyi öyrənir və getdikcə daha mürəkkəb faktları araşdırmağı bacarırlar. Bu zaman şagird fikir "istehsal edir", faktların təhlilinin sonunda ümumi fikir-nəticə formalaşdırır. Bu bilikləri şagird özü "istehsal etdiyi" üçün onu unutmur. Onun bu fəaliyyəti psixoloji cəhətdən də əhəmiyyətlidir. Çünki özünün müstəqil nəticəyə gəlməsi şagirdin öz idraki imkanlarına inamını artırır. Deməli, şagirdin mövzunu davamlı dərketməsini daha asan yolla təmin etmək lazımdır. Misalçün, V sinifdə "Təbriz" mövzusunu keçərkən sinifə belə bir sualla müraciət etdim:

- Qala-şəhər deyəndə ağlınıza nə gəlir? Şagirdlər "Bərdə", "Dərbənd" və s. mövzularında əldə etdikləri biliklərə əsaslanaraq cavab verirdilər:

​ Təpəlikdə tikilir

​ Müdafiə olunmaq üçün tikilir

​ Bürcləri olur

​ Ətrafında hündür divarları olur

​ Qala qapıları keşikçilər tərəfindən qorunur və s.

Cavablardan sonra isə fikirləri Təbriz şəhərinə şamil edib Bərdə ilə müqayisə etmələrini istəyirəm. Belə bir sual söz assosiasiyasından istifadə etməklə müqayisəli öyrənməyə yönəlir və şagird öyrənməyi öyrənir.

Unutmayaq ki, məqsədimiz birdir: düşünən insan formalaşdırmaq. Buna isə öyrnməyi öyrətməklə nail ola bilərik.

Muellimleroagi.az

Rəylər
  • Aslanbeyli Zülfiyyə:
    2018-01-18

    Tarixi faktları araşdırma emalatxanası çox maraqlı üsuldur.Əhsən, Zəminə müəllimə!

    Hüseynova Zəminə:
    2018-01-25

    Deyerlendirdiyiniz üçün çok teşekkür edirem , Zülfiyye müellime

    Bələgözova Tərlalə:
    2018-02-09

    Sagirdleri dinlamayi bacaranZemine mwallimaye ugurlar.

    Bələgözova Tərlalə:
    2018-02-09

    Aferin sagirdlari dinlamayi bacaran Zemine muallime.Ugurlarin bol olsun.

    Bələgözova Tərlalə:
    2018-02-09

    Aferin sagirdleri dinlamayi bacaran Zemina muallim.Ugurlarin bol olsun.

    Bələgözova Tərlalə:
    2018-02-09

    Aferin sagirdleri dinlamayi bacaran Zemina muallim.Ugurlarin bol olsun.

Rəy Bildir