Təhsil sisteminin ölkənin inkişafına böyük təsiri olduğu danılmaz faktdır.Çünki gələcək nəslin inkişafı,dünyagörüşünün formalaşması,liderlik xüsusiyyətlərinin,vətənpərvərlik hisslərinin aşılanması,dövlətçilik mənafeyinin müdafiəsi,milli mənəvi dəyərlərin yaşadılıb inkişaf etdirilməsi-bir sözlə, cəmiyyət və dövlət quruculugunda fəal iştirakına maraq məhz məktəb partası arxasında oturduğu zamandan başlanır.Bugünkü gəncliyimizin gələcəyin qurucuları olduğunu dərs prosesində bir an da olsa unutmamalı,sadalanan keyfiyyətlərin əldə olunması üçün daim çalışmalı olan müəllimlərimiz buna nə dərəcədə nail olduğu onlarin pedaqoji-psixoloji səriştəsindən çox asılıdır.Bu yöndə yapon təcrübəsi maraq doğurur.

   2-ci Dünya müharibəsində məglub və yerlə yeksan olmuş  Yaponiyanı sürətlə dirçəldən,inkişaf etdirən təhsil sistemindəki 18 maddə haqqında sizə məlumat vermək istəyirik.

   Yaponlar üçün davranışın və kollektivçiliyin çox önəmli olduğunu bilirik.Bu davranışın  hamısı əslində uşaqkən məktəbdə və ailədə öyrədilir. Yaponiyada  hər ilin əvvəli məktəb müdiriyyəti valideynlərə 18 maddədən ibarət bir məktub göndərir. Övladını məktəbə yenicə qoyan valideynlərdən birinə gələn məktubun məzmununu sizinlə bölüşürük-

Maddə-1  Biri danışarkən diqqətlə qulaq as.

Maddə-2  İnsanlara salam ver, onların suallarını açıq şəkildə və eşidilə biləcək     

                 səslə cavablandır.

Maddə-3  Stulda münasib şəkildə əyləş.

Maddə-4  Başqasına aid olan əşyanın sənin olmadığını anla.

Maddə-5  Ayaqqabılarını cıxardıqdan sonra cütləyib yerinə qoy.

Maddə-6   Geyiminin təmiz və ütülü olmasına diqqət et.

Maddə-7   Masanı və ətrafını səliqəli saxla.

Maddə-8   Gecə erkən yat,səhər tezdən qalxmagı öyrən və bunu vərdişə çevir.

Maddə-9   Səhər yeməyini mütləq ye.

Maddə-10  Dişlərini hər zaman fırçala.

Maddə-11  Əsla yalan danışma.

Maddə-12   Kimsəni rədd etmə və kimsəyə uzaqlaşmağını hiss etdirmə.

Maddə-13   Əgər birinin problemi varsa,ona kömək et.

Maddə-14    Heç kim haqqında pis şeylər danışma.

Maddə-15    İnsanlarla yaxşı davranmağı,oynamağı və onlardan nəsə öyrənməyi

                     vərdiş halına çevir.

Maddə-16.    Heç vaxt təkbaşına oynama.Başqalarıyla oynayacaq qədər istiqanlı ol.

Maddə-17     Təbiətdə gözəl vaxt keçirib rahat olmaq, həm də çox hərəkət edə

                      bilmək üçün çöldə,təmiz havada çox oyna.                                                            

Maddə-18      Əgər səhv etmisənsə,ciddi şəkildə üzr istə.

   İlk baxışdan sadə və bəsit görünən bu qaydalar  güclü iqtisadiyyatına və elektrotexniki inkişafına görə dünyada ön sıralarda olan Yaponiya dövlətinin özülünü təşkil edən təhsil sisteminin əsas müddəaları hesab edilir.

                                                                                   Müəllimlərotağı.az

Rəylər
Rəy Bildir