Uşaqları çox vaxt “hələ böyüməmiş”insan hesab edirlər. Buna görə də onlar başqalarından asılı ,təcrübəsiz,nizam-intizamsız,rəhbərlik və idarəetməyə  ehtiyac duyurlar.  Mənim ilk sagirdlərim də məhz bu cür idilər. Sinfə girdiyim andan  bəzi uşaqların  etinasız,laqeyd,inamsız və məsuliyyətsiz  oldugunu hiss etdim. 4-cü sinfə baslamış uşaqların bir neçə müəllim dəyişməsi onların üzərində dərin izlər buraxmisdı. Bir insan və müəllim kimi məsuliyyət hiss etdim və bu vəziyyəti  dəyişməyə qərar verdim.

       Hər uşaq növbə ilə bir günlük müəllim olmalı idi. Seçdiyi bir fənni “tədris etməli” idi. Təbii ki, onlar səhvlərə yol verirdilər. Buna görə də növbəti  şagird müəllim olduqda, artıq o,  öz  qarşısında yeni tapşırıqlar və məqsəd  qoyurdu. O, yoldaşının buraxdığı səhvləri təkrarlamamali  idi.

Balaca müəllim  prosesin mərkəzində olduğunu hiss etməli, buna görə də öyrətməli və öyrənməli idi. Dərsin sonunda biz müzakirə aparırdıq. Müəllim-şagird sonda hansı bacarıqlara yiyələndiyini və onda hansı dəyərlərin formalaşdığından danışirdı. Yekun olaraq sagird öz düşüncələrini yazib portfoliosuna qoyurdu.

                                                                                         

Bu metodu reallaşdırmaqda məqsədim  şagirdlərdə hörmət,özgüvən,qarşılıqlı

anlaşma,sərbəstlik, intizamlılıq,məsuliyyət və düzgünlük  kimi dəyərləri, bacarıqları formalaşdırmaq idi.Şagird özünə hörmət etdirməli və hiss eləməlidir ki ,ona hörmət edirlər.Bu metod uşaqların aktiv iştirakını  təmin edir və şəxsi təcrübə əsasında tərbiyə edir.Uşaqların çətin vəziyyətdə davranış bacarıqlarını  formalaşdırır,yaradıcılıği üzə çıxarır.Beləliklə, balaca müəllimlər “tədris prosesinə” öz təcrübələrini gətirirlər. Bu onların effektiv inkişafına təkan verir.Həmçinin uşaqlar cox vaxt öz müəllimlərini yamsıladığından  muəllim də öz səhvlərini aydın görür.

Son olaraq onu demək istəyirəm ki,uşaqların iştirak hüququnu təmin edərək onlari real problemləri ehtiva edən  situasiyaya saldım.Uşaqlar şəxsi istirak hüququnu dərk etdikləri zaman  real vəziyyətə təsir etməyə başladılar.Şagirdin portfoliosundan:

  "Mən  başa düşdüm ki, dərsdə qərarlar qəbul etməliyəm. Müxtəlif vəziyyətlərə düşdüm. Məsuliyyət hiss edirdim. Məncə, uğur qazandım. Bu mənə evdə də komək etdi.Ailəmin harada dincələcəyi haqqında qərar qəbulunda iştirak etdim. Qardaşımın hansı  məktəbdə oxuya biləcəyi haqqinda qərarda fikirlərimi çəkinmədən söylədim.Bundan sonra ailəmdə yaranan problemlərin həllində fəal istirak etməyə çalişacağam"..

     Firəngiz Dəmirçəlli (.Baki səhəri Novruzov qardaşları adına 36 nömrəli məktəbin ibtidai sinif müəllimi)

Rəylər
  • Hüseynova Arzu:
    2018-06-30

    Məqalədə daha çox xoşuma gələn şagirdlərdə özünəgüvən hissinin formalaşdırmaq oldu. Məncə bu vacibdir.Bu zaman onların sərbəst öyrənmək bacarıqları inkişaf edir və sinifdə saglam rəqabət güclənir.

    Aslanbeyli Zülfiyyə:
    2018-06-30

    Həm də bu yolla şagirddə tənqidi təfəkkürü formalaşdırıb inkişaf etdirmək olar. Dərs keçdiyi zaman müəllimdə xoşlamadığı cəhətləri daha qabarıq "təqlid'edəcək.

    Qəribova Ruhəngiz:
    2018-06-30

    Firəngiz xanım,ilk öncə belə maraqlı metodunuzu bizlərlə paylaşdığınız üçün sağ olun.İbtidai sinif müəlliminin şagirdin həyatında rolu böyükdür.Nahaq yerə demirlər ki,bünövrə bu illərdə möhkəm qoyularsa gələcəkdə özünü mütləq göstərəcək.Sizin metodunuz şagirdlərdə özünəgüvən,liderlik,nitq qabiliyyəti kimi müsbət keyfiyyətlərin inkişafinda düşünürəm ki,önəmli addımdır.Bəzən böyüklər özü də etiraf edirki,uşaqlar yenilikləri,texnalogiyalardan istifadəni bizdən yaxşı bilir.Qoy bu bacarıqlarını dərs hazırlamaqda göstərsinlər.Bu yolla aralarında kim daha maraqlı dərs qurar.kimin məlumatları çox idi,kimin dərsi daha maraqla dinlənildi kimi xoş məramlı rəqabət də başlayacaq.Sizə atdığınız yenilikdə uğurlar arzulayıram.

Rəy Bildir