İstək Paşazadə. Gəncə şəhər 30 nömrəli tam orta məktəbin                                                                                                                                                                                   Azərbaycan dili və ədəbiyyatı müəllimi

Uşaq idim. Təqribən 10-12 yaşlarımda olardım. O vaxt idmana olduqca maraq göstərirdim. Oxumaqla aram heç yox idi. Yadımdadır ki, Ə.Məmmədxanlının "Buz heykəl " hekayəsini danışıb “4” almışdım. Çox sevinirdim, çünki adətən qiymətlərim “2” olurdu. 5-ci sinifdə oxuyanda danışdığım və mənim üçün həmin an yüksək sayılan qiymət aldığım o dərs inkişafımda dönüş nöqtəsi olmuşdu. Atam da təkid edirdi ki, sən oxumalısan, idmana gedən yollarıma sədd çəkdi. (Bu gün bir daha əmin oluram ki,atalar heç vaxt səhv etmir).Və mənə deyirdi oxu mənə diplomunu ver, sonra nə edirsən et. Əlqərəz, Braziliyada ya fəhlə olmalısan, ya futbolçu. Atam da elə seçim qoydu ki, papağımı qabağıma qoyub düşünəndə tək çarə oxumaq idi. 9-cu sinifdə İngilis dilindən hazırlığa başladım. Daha bir yola başlamışam deyib gecəmi gündüzümə qatırdım. İngilis dili müəlliməm  test vermişdi, 40 sualdan hamısını düz yazmışdım.

  O vaxt atam Rusiyada idi. Məni həvəsləndirmək üçün bu uğuruma görə “Nokia 6300”-un dəb olan vaxtı idi,hədiyyə olaraq mənə ondan alıb gətirdi.( Deyəcəksiz ki,telefon dərsə mane olur,amma biz o dövrün creativ uşaqları idik,nəyi nə üçün istifadə etməyi bacarırdıq). Və o vaxt bizim özümüz də devrimci yeniyetmələr idik. Bıçaq gəzdirən cəmiyyətin,kitab gəzdirənlərinə çevirilirdik,inkişaf etməyə çalışırdıq.Heç kim inanmırdı ki,İstək oxuya. Özümü indi də o vaxt da bir xüsusiyyətimə görə sevmişəm,heç vaxt “xalxın uşağı” olmamışam, amma kimlərəsə nəsə sübut etmək üçün yox,sırf o kişinin gözləntisini yox etməmək üçün oxudum və o vaxt bizim üçün “Himalay dağı” yüksəkliyində görünən tələbə adını qazandım.Universiteti bitirəndə bir neçə ay işsiz qaldım.Dedim nolub a mənə? İşin yaxşısı-pisi olmur, bacara bildiyim işlərlə məşğul oldum. 2015-ci ilin sentyabrında kursların birində işə girdim. Orda da ilk vaxtda etibar etməyib aşağı sinif uşaqlarını verdilər ki,bunun təcrübəsi yoxdur, qəbula uşaq hazırlaya. Orda da yenə səbr köməyimə gəldi.2 ay idi ki,işləyirdim.Kursdakı abitruyentlərin özləri mənim qrupuma keçməyi istədilər. Həmin ili 600-dən yuxarı bal toplayan şagirdlərim oldu, mənim fənnimdən maksimum nəticə göstərdilər.

 Buna baxmayaraq müəllimliyə başlayanda da "o getsin adam olsun. sonra müəllim olar" deyənlər də az olmadı, amma sübut etdim ki, siz yanılırsız. Hər şey insan iradəsi qarşısında acizdir. İndi həmin adamlar adımı deyil, sırf müəllim deyərək ünsiyyət yaradırlar. Bu gün müəyyən uğura çata bilmişəmsə, birbaşa olaraq o kişiyə borcluyam. Əgər mənə “tək carə oxumaqdır” deməsə idi, indi aqibətim necə olduğunu təsəvvür belə edə bilmirəm. Bir müəllimim vardı, həmişə deyirdi : "Heç vaxt böyük axtarmayın,böyüklük axtarın,çünki böyük axtardıqca siz onun yanında kiçik qalacaqsız". İndi anlayıram, bəzi böyüklər elə böyüklük simvoludur.Bunu yazdım ki, sizə motive olsun.

Eşqlərimlə,İstək müəllim.

Rəylər
Rəy Bildir