Müəllimlərin inkişafını dəstəkləmək, onların peşəkarlığını artırmaq məqsədi ilə çəkilən bir neçə film var. Təhsil ekspertləri müəllimlərin belə filmləri mütləq izləməsini tövsiyə edir.  Məsələn…

Məktəb xoru

Uzun iş axtarışından sonra çətin tərbiyə olunan yeniyetmə oğlanların internat məktəbində musiqi müəllimi kimi işə başlayan Matye müəssisə direktorunun tərbiyə metodlarından dəhşətə gəlir. Müdir uşaqları döyüb təhqir etdikcə yeniyetmələr daha da aqressivləşirlər…

Xoşniyyətli Matye-yə  bu “metod”lar çox pis təsir edir, amma etiraz da edə  bilmir. Günlərin birində  uşaqların həyatını müsbətə doğru dəyişmək üçün onun ağlına gözəl bir fikir gəlir: məktəb xoru yaratmaq…

 

Əlvida, uşaqlar

Məktəb rəhbərliyi faşist cəlladlarının işgəncələrinə rəğmən 3 yəhudi şagirdi məktəbdə saxlamağı bacarır.  Bir birlərinə düşmən olan iki məktəbli isə getdikcə dostlaşır. Üzücü olsa da maraqla, həyəcanla izləyəcəyiniz bir filmdir “Əlvida uşaqlar”...

Azadlıq yazıçıları

23 yaşındakı gənc müəllim uğursuz məktəbdə işə başlayır. Rəhbərlik işini yaxşı bilmir, müəllimlər isə uşaqlara  inanmırlar...

Gənc müəllimin sinfindəki müxtəlif mədəniyyətlərdən olan uşaqlar bir sıra problemlərlə üz-üzədir. Uşaqlar yaşamaq uğrunda mübarizə apararkən diqqəti riyaziyyat dərsinə necə cəmləsinlər?

Bunu başa düşən müəllim şagirdlərinin fərqli və diqqətçəkici həyat hekayələrindən çıxış edərək onlara müxtəlif tapşırıqlar verir. Bununla da o yeni başlanğıca qədəm qoyur...

Şagird axtaran müəllimlər

“Qara yazı taxtası”nı  kürəklərinə alaraq  şagird axtaran səyyar müəllimləri və onların çətinliklərini izah edən bu filmdə yazı taxtası bombaların, mərmi yağışlarının yağdığı məkan və zamanda adi bir lövhə deyil...

Ölü şairlər cəmiyyəti

Amerikan Welton Koleci rəhbərliyinin təzyiqləri şagirdləri dərsdən soyudur. Fəqət  John Keating Kitinq adlı ingilis dili müəlliminin yeni işə başlaması ilə məktəbdə canlanma baş verir. Şagirdlərinə “Dərs kitablarını cırıb atın. Qəlibləşmiş fikirlərdən uzaq olun” deyən müəllim qısa müddətdə uşaqların sevgisini qazanır və təhsildə ciddi uğurlar əldə edir.  Bütün bunlar J.Kreatingin  şagirdlərini “Ölü şairlər cəmiyyəti“ ilə tanış etdikdən sonra baş verir...

Muellimlerotagi.az

Rəylər
  • Aslanbeyli Zülfiyyə:
    2018-01-17

    Qarşıdakı tətil günləri üçün əla fikirdir.

    Quliyeva Həmidə:
    2018-01-22

    "Ölü şairlər Cəmiyyəti" sevdiyim filmlərdəndir. Təklif olunan filmləri siyahıya daxil edirəm,paylaşım üçün çox təşəkkürlər.

    Aslanbeyli Zülfiyyə:
    2018-01-22

    Biz də sizə təşəkkür edirik,diqqət və etimadınız üçün

Rəy Bildir