Müasir dövrümüzdə ekoloji tarazlığın pozulması-çirklənmiş hava,kimyəvi tullantıların çoxalması,geni dəyişmiş və süni qidaların qida rasionumuza daxil olması və s. mənfi amillər uşaqlarımızın sağlamlığında bir sıra fəsadlara yol açır.

      Autizm,mutizm,kəkələmə və davranış pozuntusu olan uşaqlara rast gəlirik.Problemli uşaqların sayı getdikcə artır.

      Mutizm-uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problemdir.Belə uşaqlarla danışmağa cəhd olunduqda göz kontaktına girməkdən çəkinirlər və hərəkətsiz dururlar.Bu uşaqlar ünsiyyəti sevmirlər.Bəs nə etməli,uşaqları necə sosiallaşdırmalı? Belə şagirdlərdən biri də mənim sevimli şagirdim Xədicədir. İlk günlər Xədicə danışmırdı,müəyyən metodlar fikirləşirdim ki,Xədicə danışsın .Xədicə evlərində danışır, məktəbdə isə danışmırdı ,sinifdə uşaqlarla belə unsiyyət qurmurdu. İlk günlər mənim üçün bu çox çətin idi.Xədicə ilə söhbət aparır,onu danışdırmağa çalışırdım. Xədicə pıçıltı ilə danışırdı və bu məni çox sevindirirdi,əziyyətim hədər getmirdi .Sinifdə keçirdiyim canlanma məşğələləri- sinifdənkənar tədbirlərdə,musiqi dərslərində ,Xədicə həvəslə iştirak edirdi .Hətta bu gün ikinci sinifdə oxuyan Xədicə düzgün,ifadəli,sürətli oxu üzrə sinifdə birincidir.Esse yazısındakı fikirləri də digər şagirdlərdən fərqlənir.Bundan başqa,ilk buraxılış sinfimdə Vəlixanov Adil adlı şagirdim də birinci sinifə gələndə fərdi təhsil alırdı.7 ay keçməsinə baxmayaraq yazıb oxuya bilmirdi.Qeyd edim ki,fərdi təhsil aldığı üçün müəllimi başqa idi.Sonra mən həmin uşaqla məşğul olmağa başladım və artıq 2 ay sonra Adil də digər uşaqlar kimi yazıb-oxumağı bacarırdı.

      Mən 18 illik pedaqoji fəaliyyətim dövründə bir sıra müxtəlif problemli uşaqlarla işləmişəm və belə qənaətə gəlmişəm ki,belə uşaqlara pedaqoji cəhətdən ustalıqla yanaşıldıqda istənilən nəticəni almaq olar. Belə ki,onlara cəza vermək,üstünə qışqırmaq,sinif qarşısında  utandırmaq olmaz.Bu onların özgüvənlərini aşağı salır.Həyəcanlanır,sinif yoldaşlarından çəkinir,hətta aqressivləşir.Biz müəllimlər çalışmalıyıq uşaqları rəğbətləndirək,onlarda özünə inam hissini artıraq.

      Əfsuslar olsun ki,aramızda elə müəllimlər var ki,şagird hər hansı bir səhv hərəkət edərsə,həmin şagirdi sinif qarşısında  təhqir edir.Belə olduqda şagird müəlliminə qarşı daha da aqressiv olur vəya müəllimindən qorxaraq yalan danışmağa məcbur olur.Əgər uşaq müəllimini sevərsə,dərsə həvəslə gəlir,müəllimin verdiyi tapşırıqları yerinə yetirir.Təbii ki,bu sevgi qarşılıqlı olmalıdır.

         Əsl müəllim hər bir şagirdə şəxsiyyət kimi yanaşmalıdır.

 Nədir şəxsiyyət?Şəxsiyyət-müstəqil fikir yürüdən,öz sözünü deyə biləndir.Bizim vəzifəmiz Azərbaycan üçün nitqi aydın,öz fikrini çatdırmağı bacaran,Azərbaycanımızın adını daim yüksəklərdə tutan bir vətəndaş yetişdirməkdir.

       Təlim,tərbiyə,təhsil.Görürsünüzmü, bu ardıcıllıqda  təhsil üçüncüdür.Deməli,biz uşaqlarımızda ilk növbədə diqqəti təlim-tərbiyə işinə yönəltməliyik.

Mənəviyyatlı,tərbiyəli,əməkdaşlıq etməyi bacaran,liderlik xüsusiyyətlərinə malik və sonda isə təhsilli bir vətəndaş yetişdirməliyik.Bunun üçün biz müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

      Hər bir şagirdə yanaşma metodu fərqli olmalıdır.Mən sinfimdə şagirdlərimlə maraqlı “Biz məktəbə niyə gəlirik?”,”Sinfimizin devizi”,”Yaşamaq üçün öyrən!”,”Qalib manqalar” adlı həvəsləndirici tədbirlər həyata keçiririk.Mən görürəm ki,şagirdlər yarışlarda,rollu oyunlarda,əyləncəli tədbirlərdə özlərini yaxşı ifadə edirlər.

      Şagirdlərlə birgə lazımsız məşğuliyyətlər,sosial şəbəkələrdə keçirdikləri hədər saatlar,hətta yuxunun da vaxt oğruları olduğunu bir yerdə müzakirə zamanı qərara gəlirik.”Vaxt qızıldır!”,”Vaxtının qədrini bil!” kimi müzakirələrdə şagirdlər özləri belə qənaətə gələrək vaxtının boş yerə keçirməyin faydasız olduğunu anlayır.

       Beynimizi müxtəlif lazımlı məşğuliyyətlərlə daha da yaxşı çalışdıra bilərik.Belə ki,bir uşaq tez-tez telefonda oyunlar oynayarsa,televiziyaya çox baxarsa onun beyin hüceyrələri birtərəfli işləyəcək.Tam əksinə,əgər şagird kitab oxuyarsa,şəkil çəkərsə,həyətdə uşaqlarla oynayarsa,idmanla məşğul olarsa,lazımlı televiziya verlişlərinə baxırsa,zəka oyunları oynayırsa,bir sözlə həyatı rənglidirsə,nə qədər fərqli məşğuliyyətləri,hobbiləri varsa beyni o qədər də dincəlmiş olur.Çünki belə olan halda davamlı olaraq fərqli hüceyrə qrupları işləyir.   

       Sinifimizdə şagirdlərimi manqalara bölmüşəm.Hər bir manqanın həftə üzrə lideri olur.Bu lider çalışır ki,manqasında şagirdlər dərslərinə hazırlıqlı gəlsinlər və ya manqasında dərsdən geri qalan şagirdlər varsa,tənəffüsdə onlara kömək edərək,onların da dərsdə fəal olmalarına nail olsunlar.Belə olduqda manqalar arasında rəqabət güclənir.Daha çox ulduzu hansı manqa qazanacaq.Ulduz çox qazanan manqa ayın qalibi elan olunur.Qaliblərə kiçik hədiyyələr verilir.

      Mən şagirdlərimlə işləyən zaman inandırma metodundan daha çox istifadə edirəm.”Çalış bacaracaqsan" deyirəm.Bu da onlarda özünəinam hissini inkişaf etdirir. 

  Aytən Hüseynova.Hikmət Hüseynov adına Quba şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi                                                                                          

Rəylər
  • Aslanbeyli Zülfiyyə:
    2019-02-04

    Aytən müəllimə siz əsl pedaqoqsunuz!Yeni-yeni nailiyyətlərə!!!

    Kərimov Arzu Kərimov:
    2019-02-04

    Aytən müəllimə Vicdanlı, qərəzsiz, loyal fəaliyyətinizə görə təşəkkürlər sizə

    Kərimov Arzu Kərimov:
    2019-02-04

    Aytən müəllimə, loyal, qərəzsiz, vicdanlı fəaliyyətinizə görə təşəkkürlər, sizə

    Rəhimxanova Svetlana:
    2019-02-04

Rəy Bildir