Şimali Kiprin ibtidai sinif müəllimi Ülviyyə Artman şagirdləri ilə birlikdə duzdan istifadə edərək müxtəlif rəsmlər çəkib. Ü.Artman bununla dərsi daha əyləncəli hala gətirərək dərsin məqsədlərinə nail olmağa çalışdığını qeyd edib: “Həmişə çalışıram ki, izah etdiyim  nəyisə uşaqlar da yaşasın. Hadisələrdə onların birbaşa iştirakını təmin edirəm. Məsələn, sizə təqdim etdiyim videoda məktəblilər özləri balıq hazırlayıblar, rəngli kağızlardan istifadə edərək balıq “toxuyublar”. Əgər bunu sadəcə mən hazırlasaydım uşaqlar nəsə öyrənməzdi. Bunun üçün dərsin başlanğıcında sadəcə bir nümunə göstərdim, başa düşüb-düşmədiklərini soruşdum və daha sonra tapşırıq verdim. Bu dərsin məqsədi onların əzələlərinin inkişafı, rənglərdən düzgün istifadə edərək yaradıcıllığa sövq etmək idi. Duzlu rəsmlər də yaradıcılığın inkişafına hesablanmışdı. Bütün bu işlərimiz sinifdəki sərgimizdə yer alır”.

 

Muellimlərotagi.az

Rəylər
  • Aslanbeyli Zülfiyyə:
    2018-01-17

    Bu cox maraqlı gəldi,texnologiya müəllimləri, cəhd etməyə dəyər,məncə.

Rəy Bildir