Bu günün şagirdi tələbkardır. O, inteqrasiyanı sevir, özünə hörmətlə yanaşır, hüququnu bilir, vaxtını dəyərləndirir, fərqliliyi sevir, innovasiyalara uyğunlaşır.  Bakı şəhəri 9 nömrəli  tam orta məktəbin müəllimi Kəmalə Əliyeva belə deyir.

Onun fikirincə, müəllim də bu tələbi ödəyə bilməli, özünə, peşəsinə hörmətlə yanaşmalıdır. Eləcə də başqasının hüququnu taptalamamalı, vaxtını düzgün planlamalı, günün nəbzini tutmalı, yenilikləri rəğbətlə qarşılayıb buna uyğunlaşmalıdır: “Mən bir müəllim kimi daim yeniliyi sevirəm və elə dövrümüzün tələbi də budur. Müəllimlik peşəsinin imicini qoruyub saxlamaq üçün müəllim fərqlilik yaratmalıdır.  Bu günün şagirdini təəccübləndirmək, onu inandırmaq, öz arxamızca aparmaq biz müəllimlərdən böyük zəhmət tələb edir. Bütün bu gedişatda ilk öncə özümüz fərqli və maraqlı olmalıyıq ki, sözün əsl mənasında müasir müəlim ampulamızda qala bilək.

Dərsimizin daha maraqlı olmaısı üçün şəxsən düşündüyüm bir metodu istifadə etmək üçün təkbaşına qərar vermirəm. Həmkarlarımla, şagirdlərimlə söhbət edir, onların fikirlərini öyrənirəm. Həmkarlarımla müzakirədə dərsin keyfiyyətindən tutmuş ehtimal olunan ziddiyyətli məsələlərə öncədən bir həll yolu tapırıq. Məncə, bu addım daha səmərəli, daha effektli alınır. Bu baxımdan metodların müzakirəsinə çox ehtiyac var. Elə bu yerdə “Müəllimlər otağı”nın bu baxımdan bizim özünüinkişaf prossesində əvəzsiz rol oynayacağına inandığımı qeyd etmək istəyirəm”.

Bakı şəhəri 36 nömrəli tam orta məktəbin müəllimi, 45 illik təcrübəyə sahib Fəxriyyə Hacıyeva isə düşünür ki,  müəllim qarşısındakı şagirdi tanımalı və onunla necə rəftar etməyi buna görə uyğunlaşdırmalıdır. Məsələn, mənim şagirdlərim əyləncəni sevir. Buna görə ədəbiyyat dərsində keçdiyim şeirləri musiqi ilə birlikdə öyrədirəm. Uşaqlar bunu çox bəyənir və daha tez öyrənirlər”.

Dünya təcrübəsində şagirdləri təəccübləndirmək üçün xətkeş yerinə stuldan istifadə edən, şagirdlərinin qarşısına onların sevdiyi qəhramanların paltarında çıxan müəllimlər var. Məsələn,  əcnəbi müəllimlərdən biri "Star Wars" sevgisi olan uşaqların önünə onların sevdiyi qəhrəmanın paltarı ilə çıxaraq şagirdlərini xeyli təəccübləndirib.

Muellimlerotagi.az

 

Rəylər
  • Aslanbeyli Zülfiyyə:
    2018-01-17

    Şeiri musiqi qoşub oxumaq çox əla olar.Mən də cəhd edəcəyəm☺

    Bələgözova Tərlalə:
    2018-02-09

    Qehramanin paltari ile sagirdlerin qarsisina cixmaq.............. dogurdan da cox teeccwb oyadar. Bax buna deyerler tectubeliden oyrenmeye dryer. Ela

    Bələgözova Tərlalə:
    2018-02-09

    Men sinifde series musiqi ile oyrarmayi sinadim .Netice cox ela alindi.Tesekkwrlar Fexriyye mwallima.

    Bələgözova Tərlalə:
    2018-02-09

    Men sinifde seri musiqi ile oyrarmayi sinadim .Netice cox ela alindi.Tesekkwrlar Fexriyye mwallima.

Rəy Bildir